Prof. Dr. Hüseyin Düzgünün şerləri

İyirmi Yaş

Mənlə əkilən alça ağacı,

Əylənib bardan yenə budağın.

Sallanıb yenə turş alçaların,

Qamaşmırmı bəs sənin dodağın?

 

Sənə var mənim bir xoş xəbərim,

Qulaq vergilən deyirəm düzün.

Anam deyir ki hər ikimizdə,

İyirmi yaşa dolmuşuq bugün.

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Sərbəstlər

İnsanlıq bəzəyi

«Çehreye kərihe şahane xod ra beşnasid» adlı kitabın 1351-nci ildə gizlicə nəşri munasibətilə.

- 1 -

Qoy mənim nəslim bağırsın,

İmdada insan çağırsın.

Sən də şahlar şahının dərgahına çirkin üzün sürt,

«Kuruş» uydur,

Fəxr elə uydurma tarixə!

ادامه نوشته

Hüseyn Düzgünün şerləri - qoşmalar

http://duzgun.arzublog.com

http://duzgun.blogfa.com

Yaşarım Mənim

Ümidlər yığnağı, arzu beşıyı,

Xoş gəldin dünyaya yaşarım mənim.

Vətənin bu ağır qanlı ayında,

Çatarsanmı haya yaşarım mənim?

 

Qoy bütün analar oğul doğanda,

Ümidlərlə dolu «Yaşar» söyləsin.

Qəhraman oğlunu unudmaz vətən,

Gələcək sənindir a Yaşar sənin.

ادامه نوشته

Hüseyn Düzgünün şerləri - qoşmalar

Yaşa Səttar Xan

Səndə canlanmışdır mənim amalım,

Qaradağlı gözəl iyid qəhrəman.

Qanadlandı yenə tərlan xəyalım,

Budur, qoşdum sənin şə′ninə dastan.

 

Tezarı-Qacarı sancırdı sözün,

Qəzəblə dolurdu hər iki gözün.

Zülmü – işkəncəni görmüşdün özün,

İrəli gedirdin heç dayanmadan.

ادامه نوشته

İran Dilbilimçiliğinde Yarım Asırlık Kafa Karışıklığı

Prof. Dr. Hüseyin Düzgün ile konuşma

Ahmet kesrevinin uydurma bir teorisine göre, türk dili Azerbaycana gelmedir ve bu bolgenin ahalisi önce Fars kökenli Azeri adlı bir dilde konuşarmışlar. Prof. Dr. Hüseyin Düzgün ile işbu konuda konuşma yaptık. 1945 doğumlu Prof. Dr. Hüseyin Düzgün (Hossein Mohammadzade Sadigh) İranın en adlım türkoloğu birçok bilimsel kitaplar yaradıcısıdır. Divan-ı Luğat-it Türk kitabının Farsça çevirmeni ve kara Mecmua nazeriyesi sahibi hocamızdan bu konuşmaya katılmasına göre teşekkür ederiz.

Söyleşi yapan: Seyid İhsan Şükrihudai

Türkçeye çeviren:Semane Hurrem

Soru: Hocam! Sizin kitabınızda Azeri adlı bir kavim veya dil tanıtılmış mı?

Yanıt: Ben bu kitapta, yeterli belgelerle İslam dünyasının tarihi metinlerindeki verilere ve eski devirlerin incelenmesi ile ortaya çıkarılmış yeni bulgulara dayanarak tarihte hiçbir zaman “Azeri” diye bir kavim veya dilin var olmadığını kanıtlayabildim. Kesrevi’nin Azeri adlı bir kavim ve dilin var olduğuna dair iddiaları da bugüne kadar kanıtlanamamış bir varsayımdan ibarettir. Yani, sözde Azerbaycan’da Türk dilinden önce “Azeri” adlı bir dil, yarı dil veya lehçenin var olduğuna dair varsayım, hükme dönüşmemiş ve bir varsayım düzeyinde kalmıştır. Kesrevi'nin kendisi de sonralar, bu varsayımın ortaya atılmasında siyasal amaç ve artniyetlerin olduğunu itiraf etti. Ben de kitap için “Azeri Dili Varsayımı” adını seçmişimdim.

ادامه نوشته

Şeyx Məhəmməd Xiyabani mənzuməsi - 1

Qoşan: Hüseyn Düzgün

 

Ürək ağrısı

Soruşursan:

«- Niyə baba ağrır sənin ürəyin?»

Ürəyimi ağrıdanlar, mənim qızım az deyil.

Hansın deyim, hansı qalsın? Hansına sən dözərsən?

Sənindəki serçə qəlbin, mənimki tək saz deyil.

«Donuq olsa, durğun olsa» söyləmişdir Füzuli:

«Ürək deyil, parça buzdur, gər olmasa dərdmənd.»

Elə ulu dərd-ü qəm var, ürəyi də ağrıdar

İnsan var ki, vücudunu ney tək eylər bənd-bənd. 

 

ادامه نوشته

Hüseyn Düzgün şerləri - qoşmalar

Fəxriyə

Şe´rimin incisin mən düzəcəyəm,

Bağışla ustadım, şairəm mən də.

Xalqımın işçisi, silahçısıyam,

Saxlanır ürəyim bu gül vətəndə.

 

Dayqalar axmışam xalq axınına,

Əzəl gündən ordan ilham almışam.

Gəzmişəm dağların Azərbaycanın,

Saatlar bu yerdə fikrə dalmışam.

ادامه نوشته

Prof. Dr. Hüseyn Düzgündən bir neçə şer - Qoşmalar

Şahinlər Ağlamaz

Sən mənim şe´rimin xətabı oldun,

Hər nə his eylədim sənə söylədim.

İntihasız ağır məşəqqət çəkdim,

Sənə dönüb bütün bəyan eylədim.

 

Kim bilir burada nələr çəkirəm,

Ürəyimdə ağır qubar qalanıb.

Qüssədən, düyündən açılmır üzüm,

Gülüncüm, şadlığım necə talanıb.

ادامه نوشته

Prof. Dr. Hüseyin Düzgünün yayınladığı QARA MƏCMUƏ - 14

2000 ilində Təbrizdə Qara Macmuə adlı kitab nəşredildi. Bu kitabı Prof. Dr. Hüseyin Düzgün tərtib etmişdir. O, Şeyx Səfi Ərdibiliyə aid olan qıssa sözləri şerlər və hekayələri bir yerə yığıb bu ad ilə təqdim etmişdi. Həmin kitabı Bakıda İslam Ğəribli latin hərflərinə çevirib nəşretdi. Aşağıda Bakıda nəşrolan kitabı oxuyursunuz.

İsa Məcidi

SƏFVƏTÜS – SƏFA

FAİDƏ – 5

Sultan Şeyx Səfi-qüddəsə sirruhu – «Əlləzinə yəstəmi’ unəl – qəvlə və yəttəbi ’unə əhsənəhu». /Tərcüməsi: O kəslər ki sözü dinləyib onun ən gözəlinin ardınca gedərlər… «Zumər» surəsi, 18-ci ayə/ ayətində buyurdu ki: «Hər vəqt könül qulağı eşidici ola «Və iyəha uzunun va’ iyəhtun». /Tərcüməsi: Və açıq qulaq bunu eşidə bilə… «Haqqə» surəsi, 12-ci ayə/ və Qur’anı Həqqi-təala istima’ilə eşidə və əhsəninə mütabiət edə, şöylə ki, Həqqi-təalanın ümuruna rəğbət eliyə və ixlas ilə tələqqi göstərə, əgər könül ilə eşidə, səma’da ola və əgər nəfs ilə istima edər, xətadə olur.
Vəqti ki salik könül qulağı ilə eşidə və mütabiəti-həsən edə, anın misalı şöylə ki, məsələn, bir şahbazın başından tomağın alıb seydin göstərsələr, şöylə ki ol quşun gözündən hicab getə, ol seydin ardınca pərvaz edər və iztirabə düşər, ta ol seydi bulub almayınca sükun və qərar eyləməz.
Və əhli-vəcdin halı ana bənzər ki, məsələn, əhli-vəcd qəvvaldən bir qövli eşitsə ki, ol kəndünün məqamı və mənzili olsa, iztirabə düşər, şöylə ki, mətlubuna və məqsuduna irişməyincə, aram və qərar etməz.
Beyt:
Caye aram coz əz saede soltan nəkonənd,
Aşeqani ke dər in ouce tələb şəhbazənd.

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Sərbəstlər

http://duzgun.arzublog.com

Uçğun daxma

Tarixin iylənmiş səhifəsində,

Əsirik, ay aman!

Şeytan toru təki yan-yörəmizi,

Buruyubdur duman.

Əriyir uşaqlar bir parça buz tək,

Gəl bircə dayan!

Gülünc eyləyirlər istəyimizi,

Atəş aç! oyan!

Çək başıva elin qızıl meyini,

Aldanma Tatlara!

Unudma virana uçğun daxmavı,

Qoşulma yadlara.

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Beşliklər

Təranə

Məndə bu ürək,

Geniş göylər tək

Açıqdır, safdır.

Belə də gərək.

 

Elim öyünür,

Zamana dönür.

Xalq üçün mənim

Qəlbim döyünür.

ادامه نوشته

Prof. Dr. Hüseyin Düzgünün yayınladığı QARA MƏCMUƏ - 13

SƏFVƏTÜS – SƏFA

– 8 –

Sual etdilər Şeyx həzrətinə uşbu ayətdən ki: «.. İnnəs-səlatə tənha ənil-fəhşa – i val-münkəri və li-zikrullahi əkbəru». /Tərcüməsi: Hə-qi-qə-tən, namaz /insanı/ çirkin və bəyənilməyən əməllərdən çəkindirir. Al-lahı zikr etmək isə /ondan/ daha böyükdür. «Əl-Ənkəbut» surəsi, 45-ci ayə/.
Çünki namaz ə’zəmi-ərkani-islamdır, ittifaq ilə və zahir dəlillərin bə’zisinin sərihi ilə və ol cümlədən birisi oldur ki, çünki vəqti-vəqfə dar oldu Ərəfatda, ol həccin fərz namazın qılmaq gərək. Əgər fərzi-namaza məşğul olursa, Ərəfədə vüquf fövt olur. Anın namazın təqdim etmək, gərək həcci təqdim etmək degil.
Pəs «Çün namaz ə’zəmi-ərkani-islamdır, zikrullah, yə’ni Allahı zikr necə əkbərdir?», - dedilər.
Şeyx - qüddəsə sirruhu – cavab buyurdu ki: «Allahı zikr etmək anın üçün əkbər olur ki, namazdan ki, namaz kişi/ni/ fəhşayi-zahirdən və münkəri-zahirdən mən’ eylər, şol dəlil ilə ki, bir kimsə namaza məşğul olsa, ol kimsədən fəhşa və münkəri-zahiri gəlməz. Zahir nəzzarəgahi-xəlqdir.
Leykən namaz fəhşa və münkəri-batindən kişi/ni/ mən’ etməz, şundan ki, bir kimsə namazda ola, könlü fəhşa və münkəri-batinə məşğul ola və batin nəzərgahi – Həqdir.
Amma zikr etmək batini saf qılur, fəhşa və münkəri-batinindən və nəzərgahi-həqqi fəhşayi-münkərlən pak eylər.
Pəs zikrullah namazdan anın üçün əkbər olub. «Və li zikrullahi əkbəru»
Beyt
Zəkərtukə la ənni sənikə ləmnhətən,
Bə əvhənu ma fil gəlbi zukrə lisəni.
Fəhimtu bila vəhyətin ileykə səbabətən,
Bə həmmun ileykəl-gəlbi ya buteyrani.

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Gəraylılar

http://duzgun.blogfa.com

Tac demişəm

Mən düzünə qədəm basdım,

Yaşa səni, yaşa yaylaq!

Yolların nəfəsin kəsdim,

Yaşa səni, yaşa yaylaq!

 

Arzu edirdim uşaq kən,

Oynayardım dağlarında.

Qismət oldu görüm səni,

Ömrümün son çağlarında.

 

Səndən köçən ağır elə,

Başım üstə tac demişəm.

Qaşqayı tək elim vardır,

Deyiləm möhtac, demişəm.

ادامه نوشته

Prof. Dr. Hüseyn Düzgündən bir neçə şer - Qoşmalar

http://duzgun.blogfa.com

Damlacıq

Nurani-pirani anam var mənim,

Qur′an oxumağı öyrətmiş mənə.

Həqqə baş əyməyi, düzgün həyatı,

Sayqı bəsləməyi gözəl vətənə.

 

Əlif zəbər, be zir, cim zəbər, dal zən,

Deyə-deyə, məni şair eyləmiş.

Boyumu oxşamış dadlı dillərlə,

Mənə gecə-gündüz layla söyləmiş.

ادامه نوشته

Prof. Dr. Hüseyn Düzgündən bir neçə şer - Divanilər

http://duzgun.blogfa.com

Çaxmaq

Könlümüzü nə üçün yandırırsan yaxırsan sən

Çaxmaq belə parlayıb, birdən birə sönmək nədir?

Halətivə təəccübəm, baş tapmıram işlərindən

İzə düşüb gedibən, qəflət halla dönmək nədir?

 

Ya bir dəfə parlama, ya parladın daha sönmə,

Qoyma qalsın həsrətdə bəndlilərin axıl gözü.

İzləyərək çaxışını haldan gedib üzülürük,

Səndən ötrü ölürük, çaxmaq budur sözün düzü.

ادامه نوشته

Prof. Dr. Hüseyin Düzgünün yayınladığı QARA MƏCMUƏ - 12

بقعه شیخ صفی الدین اردبیلی şeyx safiəddin ərdəbili

SƏFVƏTÜS – SƏFA

İbn Bəzzaz Ərdəbili ləqəbi ilə tanınan Ərdəbilli Bəzzaz İsmayıl oğlu Təvəkkül Sultan Şeyx Səfi Ərdəbilinin oğlu Şeyx Sədrəddin Ərdəbilinin əmri ilə «Qara məcmuə» kitabından istifadə edərək fars dilində «Səfvətüs-səfa» adlı əsər yazır. O, bu əsərin tə’lifində «Qara məcmuə»dən əlavə, Şeyx Sədrəddin və başqa ariflərin dilindən nəql olan hekayələri gətirir. Həm də özünün cavanlığında Şeyx Səfini görmüş olduğu üçün, çalışır ki, aldığı şifahi qeydləri və türkçə rəvayətləri və habelə yazılı türkçə mətnləri diqqətlə fars dilinə çevirsin. O, kitabını hicri 760-ci ildə (miladı 1359) qurtarmışdır və tezliklə farsça oxuyanların istifadəsi üçün bir çox nüsxələr yazılmışdır.
İbn Bəzzaz Ərdəbilinin «Səfvətüs-səfa» əsəri farsça yazılan «Təzkirətül – övliya», «Əsrarüt-tövhid» və «Mənaqibül – arifin» kimi əsərlərə bənzəmir. «Səfvətüs-səfa»nın quruluşu, bablara bölünməsi və nəsr şivəsi tamamilə bunlardan fərqlidir. Onun da səbəbi aydındır: İbn Bəzzaz türkçə yazılan «Qara məcmüə» ni və şifahi rəvayət olunan türkçə xatirələri tərcümə edir. Əsəri tam türkçə «Fütüvvətnamə»lər və «Mənqəbə»lər əsasında qurmuşdur.
Dediyimiz kimi, İbn Bəzzaz Şeyx haqqındakı rəvayətləri və mənqəbələri bir çox yerdə Şeyx Sədrəddinin dilindən nəql edir. Şeyx Sədrəddin Musa Şeyx Səfinin böyük oğlu və onun məsnəd canişini idi. O, 704 hicri (miladi 1304) ilində dünyaya gəlmiş və 794-də (miladi 1392) vəfat etmişdir. Ərdəbildə yerləşən «Şeyx Səfi büq’əsi»nin əsas binasını o tikdirmişdir, özü də atasının məzarı yanında dəfn edilmişdir.

ادامه نوشته

Prof. Dr. Hüseyn Düzgündən bir neçə şer - Sərbəstlər

http://duzgun.blogfa.com

http://duzgun.arzublog.com

Qoyma Getsin Zənganı

Bax!

Bəşər tarixi anlatmış mənə

Hansı xalqın kim dili ölmüş, zavala uğramış,

Varlığı getmiş o xalqın, ibtihala uğramış.

Dil ölərsə,

Aç gözün bax tarixə,

Xalq ölər, millət ölər.

Hidəcilər, Şah Xətayilər, Nəsimilər ölüblər yüz kərə,

Düşməsin dildən dilin,

Ölməsin şanlı elin...

İnqilab oğlu, şucaət nəslisən,

Şahları cəlladları sən əzmisən,

Qoyma qalsın şahçılar məfkürəsi bu molkdə.

Milli zülmün tozların sil

Milləti canlı cəsədli quylayanları tanı

Qoyma getsin Zənganı

Sən Koroğlu nəslisən qəlbindəki üsyan hanı?

Əymə ağzın, düşmənə qarşı ağartma dişlərin.

ادامه نوشته

Prof. Dr. Hüseyn Düzgündən bir neçə şer

http://duzgun.arzublog.com

http://duzgun.blogfa.com

Prof Dr Hüseyin Düzgün, Prof, Dr Hüseyn Duzgun

Əlindən Aldı

Sənin tarixini kimsə yazmadı,

Ürəyim ucunda nisgilin qaldı.

Yad hiylə eylədi, yad məkr qıldı,

Müqəddəs ruhunu əlimdən aldı.

 

Biri tarixində yox hönər dedi,

«Biri baran dedi, biri xər dedi.»

Biri gənclərinə gör nələr dedi.

Hər söyüş eşitdim günüm qaraldı.

 

Zəngan, ey qaməti toprağa düşən,

Aslanlara vətən, nərlərə vətən.

Çələbi oğlunu becərdən sən sən,

Qalx, yad məni yaman günlərə saldı.

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Bayatılar

منبع:

وبلاگ اشعار حسین دوزگون (دکتر ح. م. صدیق)

A Dostlar

Amana, zara gəldim,

Halətim pozğun oldu.

Dövrəmə ətir saçan,

Məhəbbət gülü soldu.

 

Son günlü bir qocayam,

Cavanlar dinləyənlər.

Zülmətə yığılaraq,

Ömrümdən görmədim bər.

 

Şadlıq ki görənmədim,

Düzlük ki seçənmədim,

Zəhmətlə əkdiyimin,

Bəhərin biçənmədim.

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Qoşmalar 1

Hüseyin Düzgun, Huseyin Duzgun, Hüseyn Düzgün, Huseyn duzgun

Döz Ana Yurdum

Sənə vətən dedim sənə yurd dedim,

Allahın vergisi baş Qorqud dedim.

Qurdu gədiklərdə boğub ud dedim,

Dağları daşları boz ana yurdum.

 

Bu qara talein nədən pozulmaz

Alnına bəs niyə ağ gün yazılmaz?

Mənsiz şənində bir inci düzülməz,

Köksümdə qaynayır söz ana yurdum.

 

Düzgün deyir indi Zəngana gəldim,

Bayram günləridir şadyana gəldim.

Yoruldum hicrandan cəzana gəldim,

İllərdir deyirəm döz ana yurdum.

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Sərbəstlər 2


Məəllimlərim

Təbriz sözü qulağıma dəyəndə,

Canlanır gözümdə məəllimlərim.

«Hekmət mədrəsəsi», «Loqman», «Füyuzat»,

«Danişsəra» gəlir xəyal evinə,

Mənə qurur verir bu ad bu həyat,

Özümü Təbrizli kimi görəndə.

Kitabxanasında «Tərbiyət»in mən,

Görürəm oturub «Əmir Şəqaqi».

Onla oxuyarkən «Gülşən-i raz»i,

Ötürəm keçirəm bütün afaqı.

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Sərbəstlər 1

Səninkidir

Ana

Körpə vaxtlarımda,

Beşiyimdə yatan zaman,

Layla çaldın həzin səslə,

Nəğmələrlə yuxu aldım,

Röyalarda seyran qıldım.

İməkliyə-iməkliyə,

Ta atışdım yeriməyə,

«Tatı-tatı bala»,

Deyə,

Nəğmə qoşdun, qoşma dedin.

Oxşamalar gülləndirdin.

Qışda ağır gecələrdə,

Tapmacayla şe´rlərlə,

Nağıllarla başım qatdın.

Qoşma dedin pərdə pərdə.

Məndə olan bu şəlalə,

Həyəcanı sən oyatdın,

Cür-bə-cürə söz öyrətdin.

Yağış yerə damlayanda,

Qış ötülüb yaz çatanda,

Ulduz süzüb ay batanda,

Qızaranda dağda batı,

Qəmlə hicum eyləyəndə,

Gözlərindən yaş damladın,

Könülündən söz, bayatı,

Məni qıldın dərdlə aşna.

ادامه نوشته

Prof. Dr. Hüseyin Düzgünün yayınladığı QARA MƏCMUƏ - 11

2000 ilində Təbrizdə Qara Macmuə adlı kitab nəşredildi. Bu kitabı Prof. Dr. Hüseyin Düzgün tərtib etmişdir. O, Şeyx Səfi Ərdibiliyə aid olan qıssa sözləri şerlər və hekayələri bir yerə yığıb bu ad ilə təqdim etmişdi. Həmin kitabı Bakıda İslam Ğəribli latin hərflərinə çevirib nəşretdi. Aşağıda Bakıda nəşrolan kitabı oxuyursunuz.

İsa Məcidi

«KÖNÜL» RİSALƏSİ

«Qauğusuz» təxəllüsü ilə şiə türklər arasında və qızılbaşlar, bəktaşilər və bu kimi təriqətlərə daxil çoxlu arif şairlər və mənqəbə toplayanlar olmuşdur. Təqdim etdiyimiz «Qayğusuzun könül risaləsi»ni bir «Qara məcmuə» bölümü olaraq, mərhum Faxir İzin «Əski türk ədəbiyyatında nəsr» əsərinin «Dini mətnlər» bölümündən aldıq. O mərhum bu əsəri Ankara ümumi kitabxanasının 169 saylı əlyazma məcmuəsindən almışdır (səh. 10-127).
Bu əsərin əvvələrində risalənin adı «Qara məcmuə» adlanır və gözəlcəsinə müraati-nəzir sən’əti ilə əsərin adına işarə olunur. Buradan da sübut etmək olar ki, «Qara məcmuə» müxtəlif müridlər tərəfindən yazılan «Ədəb-ərkan» kitablarına deyilirmiş və hamısı Şeyx Səfiyə mənsub və ya onun dilindən imişlər. Əslində də «Qara məcmuə» Şeyx Səfiəddin Ərdəbilinin öz tə’lifi olmalıdır, lakin onun əsas və əsil mətnini tapmaq hələlik mümkün olmamışdır.

«KÖNÜL» RİSALƏSİ

Şeyx Səfi/əddin Ərdəbili/ aydır: «Sözün əsli könüldür. Hər kim könül bəhrinə yol buldu, nə durr istərsə, dalıb çıxardı. Onlar kim surətə baxdı, qəflət ipin boynuna taxdı, taət xərmənin oda yaxdı, duxanı göylərə çıxdı. Zira könlü Həqq kəndi üçün yaratdı. «Hər kim məni istərsə, sınıq könüllər içrə bulsun», - dedi.
Hər kim könülə yol bulmadı və istədigi nəsnəni onda daha bulmadı, uçmağa daha girmədi, Padşah didarın daha görmədi.

ادامه نوشته

Prof. Dr. Hüseyin Düzgündən bir neçə şiir

http://duzgun.arzublog.com

http://duzgun.blogfa.com

 

İbtida

Yarəbb, Füzuli tək mənə də olgil ibtida,

Göstər təriqi cədd-i pakımı, ey xaliqi səma!

Öz özlüyümdən al məni, səndə fəna olum,

Öylə məmat ver kim ola mətləi bəqa.

Qəlbim əsirdir sənə, səndən mədəd dilər,

Bu düz sirat da bizə ol yar-ü rəhnüma.

Kibri aşinaləri bizə əğyar oldular,

Öz aşinalərinlə bizi eylə aşina.

Ləngan intihasına Düzgün yolun çatıb,

Gördü ki intihada da həm sənsən ibtida.

ادامه نوشته

Prof. Dr. Hüseyin Düzgündən bir neçə şiir

http://duzgun.arzublog.com

http://duzgun.blogfa.com

Durma dedi

 Dedim: səni sevirəm mən,

Kəndimizdə qalma dedi.

Dedim xoşdur bu göy çimən,

Burda oba salma dedi.

 

Dedim: sınaqdan çıxaram,

Dedi: mən də vəfadaram.

Dedim: şəhrə apararam,

Onda məni alma dedi.

 

Dedim: şəhrə od bağlaram,

Dedi: daha mən dığlaram!

Dedim: sənsiz mən ağlaram,

Ürəyimi çalma dedi.

ادامه نوشته

Prof. Dr. Hüseyin Düzgünün yayınladığı QARA MƏCMUƏ - 10

«MÜZZƏKKİÜN-NÜFÜS» RİSALƏSİ
(«QƏLBLƏRİ PAKLAŞDIRAN» RİSALƏ)

2000 ilində Təbrizdə Qara Macmuə adlı kitab nəşredildi. Bu kitabı Prof. Dr. Hüseyin Düzgün tərtib etmişdir. O, Şeyx Səfi Ərdibiliyə aid olan qıssa sözləri şerlər və hekayələri bir yerə yığıb bu ad ilə təqdim etmişdi. Həmin kitabı Bakıda İslam Ğəribli latin hərflərinə çevirib nəşretdi. Aşağıda Bakıda nəşrolan kitabı oxuyursunuz.

İsa Məcidi

7-5. QƏNAƏT VƏ TƏVƏKKÜL

.. Ola kim, «mən dünyayı sevməzəm» deyirsən. İndi, ey biçarə! Ya nə üçün qeyri nəsnəyə talib olmazsan? Və ya qeyri nəsnənin tələbində olmazsan? Və gecə-gündüz onun əndişəsində olmazsan?
Pəs mə’lumdur kim, sevərsən. Ya sevliməyən istənilirmi? Saxlanılırmı? Ya kasalara qoyulurmu? Möhürlənirmi? Fəqir gəlib Allah üçün istəyəcək, «nəsnəm yoxdur!»- deyilirmi? Yalan söylənilirmi?
Tut ki, sən burada sevməzsən deyəsən, höccət gətirəsən. Həqq xud qullarının könlünə nəzər eylər, surətinə, höccətinə nəzər etməz. Necə kim buyurar: «İnəllahu ləyunziru ilə surətikum və la ilə əmalikum bəl yunzirunə fi qulubikum və niyyətikum» /Tərcüməsi: Həqiqətən Allah-təala sizin üzünüzə baxmaz, nə də sizin əməllərinizə baxmaz, əksinə, sizin qəlb və niyyətlərinizə baxar./.
Amma bizim məqsudimiz höccət degil, bəlkə aşiqlərə bir nəsihət edib hal nitəligin bildirməkdir.
Pəs sən daha bu nəsihətləri və bu ayətləri eşidib, inanıb, Allahdan qor-xub və Rəsulundan utanıb insaf edərsən, Allaha dönərsən, uzun ağ olar.
Aydırsan kim: «Mənə dünya gərəkdir, dost var, düşmən var, gələcəgi-gedəcəgi var. Oğul-qız var, övrət var. Və bunların hər birinin bir dürlü məqsudları var. Ruziləri vardır, yerinə gətirmək gərəkdir. Mən əlimdə dünyacıgım tərk edib, fəqir olub möhtac olumazın. Bu günü xoş keçirəyim. Ertə necə olursa, ola» deyirsən. Yeri var, sənə dünya qutlu olsun. Başdan-ayağa mübarək olsun! Onun ləzzətləri sənə dadlı olsun! Və lakin bezə səndən Allah-təala, qaça səndən cəmi peyğəmbərlər, qava səni dünlü övliyalar, duta səni zəbanilər!

ادامه نوشته

Prof. Dr. Hüseyin Düzgünün yayınladığı QARA MƏCMUƏ - 9

2000 ilində Təbrizdə Qara Macmuə adlı kitab nəşredildi. Bu kitabı Prof. Dr. Hüseyin Düzgün tərtib etmişdir. O, Şeyx Səfi Ərdibiliyə aid olan qıssa sözləri şerlər və hekayələri bir yerə yığıb bu ad ilə təqdim etmişdi. Həmin kitabı Bakıda İslam Ğəribli latin hərflərinə çevirib nəşretdi. Aşağıda Bakıda nəşrolan kitabı oxuyursunuz.

İsa Məcidi

«MÜZZƏKKİÜN-NÜFÜS» RİSALƏSİ
(«QƏLBLƏRİ PAKLAŞDIRAN» RİSALƏ)

7-1. «MÜZƏKKİÜN-NÜFUS» RİSALƏSİ HAQQINDA

Bu əsərin tədvin edilməsi Əşrəfoğlu Abdullah Rumiyə mənsubdur. O, 870 (1465/66) – ci ildə vəfat etmişdir. Nəşr etdiyimiz mətn Konya kitabxanasında saxlanılan 5452 saylı əlyazmanın Faxir İz tərəfindən nəşr edilən bölümündən alınmışdır.
Bu əsər də başqa əsərlər kimi «Qara məcmuə»lərə daxil etmə üçün yazılmışdır.
Əsərə «Təriqət fərmanı» adı da verilir. Əsər taliblər və müridlər üçün Şeyx Səfiəddin Ərdəbilinin dilindən yazılmışdır.
Əsərin bir yerində Şeyx Səfinin Mövləvi Ruminin məsnəvəsinə yazdığı şərhdən söz gedir və həmin kitabdan bir hissə nəql olunur. Şeyx Səfinin türkcə yazdığı «Şərhül – Məsnəvi» kitabı hələ tapılmamışdır, burada zikr olunan hissə, bu baxımdan əhəmiyyət daşıyır.
Bir başqa yerdə «Təhqiqi-Şeyx Səfi» ünvanlı bir hissə gəlir. Bu hissə də zahirən bə’zi qaynaqlarda adı çəkilən Şeyx Səfinin «Təhqiqat» kitabından alınmışdır.
«Qara məcmuə»lərdə «Təhqiq» bölümləri yenə də vardır və bu məsələnin daha dərindən incələnməsinə ehtiyac duyulur.
Risalə belə başlayır «Ey əziz! Bu təriqət fərmanı Şeyx Səfi həz-rətləri – qüddəsə sirrəhu əzizin sözləridir. Bu təriqəti-ərus «Müzəkkiun-nufus» adlanır və onu oxu, bilgil Şeyx həzrətləri nə buyurmuşdur».

ادامه نوشته

Prof. Dr. Hüseyin Düzgünün kısa özgeçmişi

Doktor Hüseyin Muhammedzade Sedigh(Hüseyin Düzgün) 25.07.1945de Tebriz etrafındaki Aynalı dağın eteğinde bulunan Surhab mahallesinde doğdu. Babası Rebiüşeria kitabın yazarı olan Mir Ali Surhabin torunu, annesi Erdebil hanlarından ve meşruteiyet devrinin en berceste devrimcilerinden olan Abbasguluhandır. Annesi onun için Hüseyin ismini uygun gördü. Kuran, felsefe, fıkıh gibi ilk medrese eğitimini dedesi Abbasguluhan ve Tebrizin en büyük alimlerinden aldı. 8 yaşlarındayken mahallenin okuma yazma bilmeyenlerine eğitim vermeye ve daha o çocuk yaşlarından itibaren öğretmenliğe başladı. Lisedeki edebiyat yeteneğinden dolayı ona şair lakabı verilir. Bu küçük şair sayısal derslerindeki konuları bile şiirselleştirerek ezberlenmesinde kolaylık sağlar. Daha çok genç yaşlarda kendisine ait geniş kütüphanesini kurur.

ادامه نوشته

Prof. Dr. Hüseyin Düzgünün yayınladığı QARA MƏCMUƏ - 4

 

2000 ilində Təbrizdə Qara Macmuə adlı kitab nəşredildi. Bu kitabı Prof. Dr. Hüseyin Düzgün tərtib etmişdir. O, Şeyx Səfi Ərdibiliyə aid olan qıssa sözləri şerlər və hekayələri bir yerə yığıb bu ad ilə təqdim etmişdi. Həmin kitabı Bakıda İslam Ğəribli latin hərflərinə çevirib nəşretdi. Aşağıda Bakıda nəşrolan kitabı oxuyursunuz.

İsa Məcidi

Qaynaq: http://www.uludil.gen.az/qaramecmue.php

4-1. ŞEYX SƏFİYƏ MƏNSUB OLAN FARSÇA ŞE’RLƏR

Şeyx Səfiəddin Ərdəbiliyə mənsub olan farsça şe’rlər bir çox «Səfi» divanlarında vardır. Bir neçə farsça qəzəl «Silsilətün-nəsəbi-Səfəviyyə» kitabında və üç rübai «Danişməndani – Azərbaycan» əsərində ona mə-nsub edilmişdir. Əlbəttə, bu rübailərdən birisini təzkirələr Səfi Şira-ziyə və başqasını da Səfi Raziyə mənsub edirlər.
Biz burada verdiyimiz farsça şe’rləri əlmizdə olan mətbu qay-naqlardan verdik və hər şe’rin altında aldığımız qayanğı zikr etmişik.
Biz «Şeyx Səfinin türkçə şe’rləri» bəhsində dediyimiz kimi, təzkirələrdə əlli nəfərə yaxın Səfəviyyə dövründə «Səfi» təxəllüsü ilə türkçə və farsça şe’r yazanlardan ad aparılır.
Əgər türkçə şe’rlərin Şeyx Səfiyə mənsub olmasına şəkk etməsək ki, etmirik, farsça şe’rlərin mütləq ondan olmasını isbat etmənin xas tədqiqata ehtiyacı vardır. Bununla belə, biz burada ələ gətirə bildiyimiz farsça şe’rləri də «Qara məcmuə» yə saldıq.

4-2. ŞEYX SƏFİYƏ MƏNSUB OLAN FARSÇA ŞE’RLƏR

Yüz xətanı bağışlayan kərəm sahibi
Ürəyini sıxma, Səfi, bizim günahımızı bağışlayar.
Kimin ürəyində zərrə qədər Əli məhəbbəti varsa,
Nə qədər günah etsə də, Allah onu bağışlayar.

Vay bu sönük zikrə, nə vaxta qədər bu uzun fikirdən
Yanıqlı ahlar çəkəcək və saralmış üzlə /gəzəcəksən/?!

ادامه نوشته