Məəllimlərim

Təbriz sözü qulağıma dəyəndə,

Canlanır gözümdə məəllimlərim.

«Hekmət mədrəsəsi», «Loqman», «Füyuzat»,

«Danişsəra» gəlir xəyal evinə,

Mənə qurur verir bu ad bu həyat,

Özümü Təbrizli kimi görəndə.

Kitabxanasında «Tərbiyət»in mən,

Görürəm oturub «Əmir Şəqaqi».

Onla oxuyarkən «Gülşən-i raz»i,

Ötürəm keçirəm bütün afaqı.

Mənə oxutduran «İqd-ülfərid»i

Burada öyrədən «Burhani» hanı?

Mə´nası Təbrizin «Meşkat»dir mənə,

Oxuyub sevdiyim «Me´racnamə»dir.

Gözlərim önündə o mərd kamil,

«Ağa Mirza Ümran», «Şərh-i Lüm´ə»si,

«Məntiq-i Kubra»sı, birdə «Əvamil».

Birdə üzdən iraq, elini danan,

Çörək-çıraq üçün bəzi aldadan,

Alim nümalara necə deyim mən:

Məəllim!

Bilirəm,

İzin verməzsən,

Sən, ana Təbriz!

Təbriz danişgahı hələdə sənin,

Xor baxır dilinə, olmaz ana can!

«Füzuli»siz, «Nasimi»siz yaşamaz,

«Möcüz»süz olanmaz ki Azərbaycan.

Hanı «Nəbati»nin «Raci»nin adı,

«Yusuf xas hacib»in ulu fəryadı?

Başım qala düşdü danişgahında,

Kaşkı getməz idim heçdə ora mən,

Tevrizə etdi elmin adiylə,

Bir sıra yalanı, fırıldaqları.

Dərdimi aparım burdan hara mən?

Sənlə danışmaq çin sözüm çoxdur çox,

Şikayətim var bə´zi məəllimlərdən,

Taleimdən əsla küskün deyiləm,

Sənə dönəcəyəm bilirəm vətən!

Özümü Təbrizli hiss eyləyəndə,

Mənə qurur verir bu ad, bu həyat...


Sən Zəngansan

Elimin başın uca tutan,

Qərinələr qəmin ürəyinə salıb utan,

Cəbhə yaran şəhidlərin şəhərisən,

Ön xət qıran şəhidlərin şəhərisən.

Sən Zəngansan qəlbimə can,

Başı uca Azərbaycan diyarısan.

Şəhidərinin qarşısında,

Utanıram mən.

Utanacaq övladım da,

Nəvələrim də.

Gələcək nəsillər də,

Aylar da,

İllər də...


Qəlb Yarası

Təbrizin Ərkinin ayağı altında,

Ərdəbildən gələn gözəl bir cavan,

sərildi yerə.

iki ağ göyərçin,

Başı üstündə,

Qopdu Ərkin sökük-tökük böyrünə.

Biri dedi:

- Bacı!

Başqası söylədi:

- Bacı! can bacı!

Söylə sözün bacı, başımın tacı!

- Bilirsən Ərkimin, qoca Ərkimin,

Ayağı altında yıxılan kimdir?

Topraqlar üzərə sərilən cavan,

Bu iyid oğlan?

- Yox bunu bilmirəm!

Kimdir, sən söylə!

Ərdəbildən gəlmiş aşiq iyiddir.

Yaralanmış qəlbi, məcruh sinəsi,

Kəsilmiş nəfəsi, batmışdır səsi!

Dərmanı tapılmır, dərmansız qalmış!

- Qanadımdan indi bir pər salaram,

Kaşkı oğlan onu götürə bilsin,

İşıqlı dünyaya üzünü tutsun,

Nəfəsin günəşə yetirə blsin,

Sinəsinin qanın pərimlə silsin...


Gözü Yaşlı Lövhə

Ana!

Geydin kəfən oğlunla birlikdə,

Gedib səngərdə yatdın qış günündə şanlı Təbrizdə.

Dedin:

«– Getsin bütün şahlar,

Ədalət bayrağı göylərdə yüksəlsin.

İmam gəlsin!

İmam gəlsin!»

Düşəndə yerlərə şimşad qəddi oğluvun, birdən

Dedin:

«- Cəllad vur mən də ölüm görsün vətən!»

Vurdu, səni cəllad qarşından.

Yıxıldın oğluvun yanında can verdin.

O dəmdə Ərdəbildə

Adaş oğlunla bir əsgər

Vurub saldı yerə fərmandehi,

Cəlladı bir anda

Özün də sonra öldürdü.

Səni öydü

Sənə fəxr eylədi

«Şəhr-i müqəddəs»də yatan əsgər.

Mənim göz yaşlarım durmur

Ana!

Ey «Burla Xatun» yadigarı!

Ey «Həcər» nəsli!

Yenə qarşında

Bir oğlun

Durub, amma utanır çox

Hanı şair

Hanı rəssam

Hanı xanəndələr gəlsin

Sənin şə´nində qalxıb göz yaşıyla lövhələr versin?


Əlin at rişəvə

Sən Azərbaycansan düşmənə bir parça odsan

Mənim qəlbimdə vulkansan

Əlimdə məş′əlim, nurum

Adın mə′na verir milyonlar insana.

Şəfəqlər, Kəsrəvilər, Rə′dilər, Yahya Zükalar

Sümsünən Karənglər varsa,

Sənin milyonlar uğrunda əziz canın qoyan vardır,

Uca dağlarda aslan tək

Xəbis gözlər oyan vardır.

Sayında addım-addım izzi-fərrin saxlayan vardır,

Sayan vardır.

Sözüm qurtarmamış hala

Babam sultan Səfiəddin

Yatıbdır Ərdəbildə gözləyir oğlu qiyam etsin,

Sənin uğrunda can versin,

Suvarsın rişəvi qanilə

Qan versin.

Sənə kökdür təməldir Ərdəbil, Təbriz!

Sən Azərbaycansan, Düşmənə bir parça odsan!

Əlin at rişəvə

At Ərdəbilə

Şah Xətayının qılıncın al ələ

Doğragilən sən naxələf evladıvı Təbriz!

Dönük çıxdı sənin əhfadıva

Kətdi dedi, məşdi dedi,

Göydən durub baxdı bizə.

Allaha da üsyan edib, din gətdi

Qol çəkdi bütün alçaqlığa, Təbriz!

Dilin dandı, elin dandı,

Özün həmdə peyəmbər sandı ol azğın!

İraq olsun qızıl başlar gözündən.

Sil

Üzündən ləkkəni Təbriz!

Sən Azərbaycansan, bir muqəddəs məqbərən vardır –

Muqəddəs şəhrimizdə, Ərdəbildə,

Babam Sultan Səfiəddin yatıbdır!

Gözləyir oğlu qiyam etsin...


Xəyal Pilov

Könlümün macərası

Bir Qaşqayı insanının öz keçmişidir:

Dodaqları tikilmiş,

Çiçəkləri solub tökülmüş,

Başı əkilmiş,

Dara çəkilmiş,

İyid el oğullarının macərasıdır.

Mən nədən qorxacağam?

Məni minlər dəfə güllələdi düşmən.

Qanım axdı yerə,

Yerdə qaynadı.

Diləyimi topraqlara tapşırdı vətən.

Toprağın rəngi,

Aşura zöhri kimi,

Qip qırmızı oldu.

Mənim qanım coşanda

Sel olub aşıb daşdı,

Dağlar bir-birə yanaşdı,

Dəmirlər qaynaşdı,

Yerə lə´nət yağdırdı.

Mən Aşura oğluyam!

Əli Əsğər qanı damla-damla dilimə axdı.

Dolu buludlarda,

- Heyranlıqla -

Göylərdən çağlayan elimə baxdı,

Ağlayan elimə baxdı.

Dünyanın ən məkkar tülküsü

- İngəlizləri -

Qavdım yurdumdan...

Qanım şəmşirə qələbə çalanda,

Düşmənin caynağından -

Toprağımı alanda,

Yad edirdim o günləri:

Altmış min qaşqayı atlısını,

Sovlət-ol-dovləni...

Mən boğdum vətənə girən düşməni,

Qurtardım itlərdən gözəl vətəni.

Sən nəyən ki boğa bilməyəm səni?

Gəmimin içində gəmiçiyəm mən

Yoxsa gözlərimi çıxardıran sən?

Yeyə bilməyəcəyən!

Bu,

Xəyal pilovdur!


Mənim islam dinim

Qaşqayı vardır,

Madam ki Türkcəsi vardır.

Türkcəsi yaşar,

Qaşqayı yaşayana kimi.

Türkcə elindir

El də Türkcənin.

Biri-birindən ayrılmaz gül-bülbül kimi,

Buda bir dildir minlər dil kimi.

Elə yaşamaq haqqı vermiş,

El də onu yaşatmış.

Qaşqayı ilə birlikdə dili var,

Dili ilə birlikdə bir vətəni var,

İran adlı.

Buda bir vətəndir minlər vətən kimi.

Elsiz vətən

Vətənsiz də el

Mə´nasız olar.

Çünkü vətən

Elə yaşamaq haqqı vermiş,

El də onu yaşatmış.

El ilə birlikdə Türkcəsi var,

Türkcə ilə birlikdə bir vətən var.

Vətən ilə birlikdə bir ulus var,

Uzun uzadı bir ulus.

Dünyanın harasından başlar harasına qədər,

Altaylardan qıbçaqlara qədər

Bir ulus ki,

Elə yaşamaq haqqı vermiş,

El də onu yaşatmış.

El ilə birlikdə bir ulus var,

Ulus ilə birlikdə bir də dini var

Bir milyard insanın könülünü alan din,

Elin, Türkcənin, vətənin, ulusun dini.

Elə yaşamaq haqqı verən

Dilimi, elimi, vətənimi, ulusumu, sevməyi öyrədan din

Kötüyümü, kökümü, rişəmi sevdirən din.

Mədinədən, Məkkədən, Kərbəladan gələn din.

Bu mənim kökümdür, kötüyümdür.

Dilimdir, vətənimdir.

Elimdir, ulusumdur.

Keçmişimdən gələn səsdir

Gələcəyimə verdiyim nəfəsdir.

Səssiz, nəfəssiz olmamış dinim,

Mənim İslam dinim

 

 http://duzgun.blogfa.com

http://duzgun.arzublog.com